logo

Boksçularımız Millətlər kubokunda 11 medal qazanıblar

11:11 23-01-2023 | icon 1995
Boksçularımız Millətlər kubokunda 11 medal qazanıblar

Serbiyanın Sombor şəhərində qız və qadın boksçular arasında keçirilən Millətlər kubokuna yekun vurulub. Yarışın sonuncu – altıncı günündə Azərbaycan millisi aktivinə 3 gümüş medal əlavə edib.

Azərbaycan Boks Federasiyasından YeniAvropa-ya bildirilib ki, gənc boksçular arasında Lalə Mədətova (48 kq) və Aynur Mikayılova (52 kq), böyüklərdə Şəhla Allahverdiyeva (66 kq) turniri ikinci pillədə bitiriblər.

Beləliklə, 13 ölkədən 100-dən çox idmançının qatıldığı Millətlər kubokuna 12 boksçu ilə yollanan yığmamız 11 – 2 qızıl, 3 gümüş və 6 bürünc medala sahib olub. İlin ilk beynəlxalq yarışında Mədətova, Mikayılova və Allahverdiyevadan öncə yeniyetmələrin mübarizəsində Banuçiçək Nəsirli (46 kq), gənclərdə Emili Rzayeva (66 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Məktəbli boksçular arasında Səma Hüseynova (54 kq), gənclərdə Aysu İsmayılova (48 kq), Nərmin Əlizadə (50 kq), böyüklərdə Günel Rəhimova (48 kq), Anaxanım İsmayılova (50 kq) və Esmira Məmmədova (63 kq) isə bürünc medala yiyələniblər.