logo

Azərbaycanda dolların satışına limit qoyuldu

13:02 10-08-2018 | icon 2786
Azərbaycanda dolların satışına limit qoyuldu

Azərbaycanda dolların satışına limitin tətbiqi, ilk növbədə, valyuta bazarında möhtəkirlik hallarının qarşısını almaq məqsədi daşıyır. 

YeniAvropa xəbər verir  ki, bu fikri “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev banklarda ABŞ dollarının satışına limit qoyulmasına münasibət bildirərkən səsləndirib. 

 O,   açıqlamasında daha sonra bunları deyib: “Bəzi işbazarlar kütləvi şəkildə dolları alıb, sonra onu baha satış çıxarırlar, bazarda gərginlik yaradırlar. Yəni, hansısa siravi vətəndaş nəyə görə birdən-birə 100 min dollar almalıdır ki?"

Zakir Nuriyev həmçinin qeyd edib ki, məhz bu səbəbdən də  dolların nağd şəkildə satışına limit qoyulub. 

"Nağdsız satışda isə limit yoxdur. İstənilən qədər məbləği hesaba qoymaq, kartla ödəniş etmək olar. Bu tədbirlərin məqsədi həm də odur ki, nağd hesablaşmalar məhdudlaşdırılsın, nağdsız hesablaşmalar stumillaşdırılsın. Dövriyyədə şəffaflıq təmin olunsun”,-deyə ABA-nın sədri vurğulayıb.("Report")