Stend atıcılığı üzrə Azərbaycan millisi Mərakeşdə keçirilən dünya kuboku yarışında bürünc medal qazanıb.
YeniAvropa Gənclər və İdman Nazirliyinə istinadla xəbər verir ki, Fuad Qurbanov, Cavid Həsənov və Emin Cəfərovdan ibarət dairəvi stend komandası mötəbər turniri üçüncü pillədə başa vurub.