Pambıqçıların zəhərlənmələrlə bağlı cinayət işləri məhkəməyə göndərilib
Cari ilin iyununda respublikanın Saatlı, Tərtər, İmişli və digər rayonlarında ayrı-ayrı fiziki və hüquqi şəxslərə məxsus pambıq tarlalarında çalışan şəxslərin kimyəvi zəhərlənmələrə məruz qalmaları faktı üzrə Baş prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi başlanmaqla, Kənd Təsərrüfatı, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, eləcə də Qida Təhlükəsizliyi Agentliyinin məsul əməkdaşlarından ibarət komissiyanın iştirakı ilə hadisələrin baş vermə səbəbləri, təqsirli şəxslərin dairəsi və sair sübut edilməli hallar tam araşdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, cinayət işi üzrə çoxsaylı dindirmə, baxış, axtarış, götürmə, müayinə və sair istintaq hərəkətləri yerinə yetirilib, hadisə yerlərindən, zərərçəkmiş şəxslərdən, tədarükçü hüquqi şəxslərin anbarlarından götürülmüş 200-dən artıq nümunə və bitki mühafizə vasitələrinin, o cümlədən tarlalarda tətbiq olunmuş pestisidlərin xarici istehsalçı şirkətlər tərəfindən təqdim edilən etalon nümunələrinin ixtisaslı toksikoloji, kimyəvi müayinələri və ekspertiza tədqiqatları həyata keçirilib.
Kimyəvi zəhərlənmələrə məruz qalmış bütün şəxslər zərərçəkmiş şəxs qismində tanınmaqla, onların sağlamlıqlarına dəymiş zərərin aradan qaldırılması üçün zəruri tibbi və sair təminatlarla əhatə olunublar.
Cinayət təqibi üzrə kifayət qədər sübutlar toplandığından xidməti vəzifələrinin icrası zamanı pestisidlərin dövriyyəyə buraxılmasına dair reqlament və təlimatın tələblərini, eləcə də dərmanlanma işlərinin görülməsi ilə əlaqədar texniki təhlükəsizlik qaydalarını pozma əməllərinə görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində həbs qətimkan tədbiri seçilmiş “MKT İK” Məhdud Məsuliyyətli Cəmiyyətin Saatlı filialının icraçı direktoru Çingiz Gözəlov və baş aqronomu Gülməmməd Küçiyev, Cəmiyyətin “İmişli İnnovasiya” filialının direktoru Maarif Quliyev və baş aqronomu Surxay Məmmədov, “CTS Agro” Məhdud Məsuliyyətli Cəmiyyətinin Tərtər Pambıq İstehsalı və Tədarükü Məntəqəsinin direktoru Fəqani Babışov, baş aqronomu Elxan Quliyev, köməkçi aqronomu Habil Quliyev, həmçinin Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Saatlı rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Mirasim Talıbov, İmişli rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Qəhrəman Qəhrəmanov və Tərtər rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Fizuli Əzimov barəsində cinayət işlərinin ibtidai istintaqı tamamlanıb və müvafiq olaraq Saatlı, İmişli və Tərtər rayon məhkəmələrinə göndərilib.
Hazırda aidiyyəti dövlət orqanları ilə əlaqəli şəkildə insanların həyat və sağlamlığına təhlükə yarada biləcək bu qəbildən olan hadisələrin qarşısının alınması və gələcəkdə təkrarlanmaması istiqamətində profilaktiki tədbirlər həyata keçirilməklə, digər epizodlar üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb