Sabah paytaxtın Nəsimi rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.
YeniAvropa xəbər verir ki, bu haqda “Azəriqaz” İB-dən verilən məlumatda bildirilib. Qeyd edilib ki, istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədi ilə Nəsimi rayonu Dilarə Əliyeva küçəsində yeni çəkilmiş polietilen diametri 315 mm-lik qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar sabah saat 09:00-dan təmir işləri tamamlananadək Nəsimi rayonu Tibilisi prospekti, həmçinin 1 və 2-ci Alatava, 20 Yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, H.Əliyev küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Görülən zəruri təmir işlərinin Yasamal və Nərimanov rayonlarının bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.
Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.