Futbol üzrə Türkiyə millisinin baş məşqçisi Stefan Kuntz əməliyyat olunub.
YeniAvropa Türkiyə KİV-nə istinadla xəbər verir ki, almaniyalı mütəxəssis ölkəsində dizindən əməliyyat keçirib.
Türkiyə Futbol Federasiyası prosesin uğurlu alındığını, çalışdırıcının tezliklə işinin başında olacağını açıqlayıb.
Qeyd edək ki, Stefan Kuntz 2021-ci ilin sentyabrından Türkiyə yığmasını çalışdırır.