logo

Astarada çay fabrikindən silah-sursat tapıldı

13:12 09-08-2018 | icon 2464
Astarada çay fabrikindən silah-sursat tapıldı

Astarada fəaliyyət göstərməyən çay fabrikinin ərazisindən silah-sursat aşkar edilərək götürülüb.

YeniAvropa xəbər verir  ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumatda qeyd edilir ki, daxil olan əməliyyat məlumatı əsasında Astara rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən birgə görülən tədbirlərlə Pensər kəndində yerləşən, hazırda fəaliyyət göstərməyən çay fabrikinin ərazisinə baxış zamanı oradan 4 ədəd avtomat, 2 ədəd bıçaq, 1 ədəd patron darağı, əleyhqaz və digər silah-sursat aşkar edilərək götürülüb.