Aleksander Çeferinin UEFA-ya prezident seçkilərində rəqibi olmayacaq.
YeniAvropa xəbər verir ki, bu barədə UEFA-dan bildirilib. Qeyd edilib ki, prezident seçkiləri aprelin 5-də Lissabonda UEFA-nın 47-ci konqresində keçiriləcək.
Qeyd edək ki, Çeferin 2016-cı ildən UEFA-ya rəhbərlik edir.
2019-cu il fevralda İtaliyanın paytaxtı Romada keçirilən UEFA-nın 43-cü Konqresində Aleksander Çeferin növbəti dəfə dörd il müddətinə UEFA-nın prezidenti seçilib.
Xatırladaq ki, ixtisasca hüquqşünas olan Aleksandr Çeferinin futzala olan həvəsi 2005-ci ildə onu yerli komandanın İdarə Heyətinə üzvlüyünə gətirib. 2011-ci ildə isə o, Sloveniya Futbol Federasiyası prezidenti seçilib. 14 sentyabr 2016-cı ildə Yunanıstanın paytaxtı Afinada keçirilən Konqres çərçivəsində baş tutan seçkilərdə Sloveniya Futbol Federasiyasının prezidenti Aleksander Çeferin rəqibi Niderland Krallığı Futbol Federasiyasının rəhbəri Mixael van Praqa qalib gələrək UEFA-nın 7-ci prezidenti seçilib.