Kadi Borqes "Qarabağ"ı tərk edib.
YeniAvropa xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Kadi Borgesin transferi ilə bağlı Rusiyanın “Krasnodar” klubu ilə aparılan danışıqlar yekunlaşıb. Danışıqların yekununa əsasən, futbolçu tibbi müayinədən keçdikdən sonra “Krasnodar”la rəsmi müqavilə imzalayacaq. Keçidin detalları açıqlanmayıb.
Qeyd edək ki, Kadi 2021-ci ilin yayından "Qarabağ"da oynayırdı.