UEFA Rusiyanın Asiya Futbol Konfederasiyasına (AFK) keçməsinin əleyhinə deyil.
YeniAvropa xəbər verir ki, UEFA prezidenti Aleksander Çeferin Rusiya Futbol İttifaqının(RFİ) qurumdan çıxarılmasını təsdiqləməyə hazırdır. AFK isə RFİ-ni qəbul etmək hüququna malikdir.
Bununla yanaşı, FIFA Rusiyanın himayəsi altında keçirilən beynəlxalq turnirlərdə iştirakına qoyulan qadağanı yaxın vaxtlarda aradan qaldırmaq fikrində deyil.
UEFA, həmçinin RFİ-yə Aleksander Çeferinin rəhbərliyi altında yenidən Avropaya qayıtmağın çox çətin olacağını bildirib.