logo

TRACECA-nın Azərbaycan seqmentində yarım ildə 25,7 milyon ton yük daşınıb

17:32 07-08-2018 | icon 2625
TRACECA-nın Azərbaycan seqmentində yarım ildə 25,7 milyon ton yük daşınıb

Bu ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin(TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25 milyon 675,5 min ton, yük dövriyyəsi isə 5 milyard 525,7 milyon ton-kilometr olub.

YeniAvropa xəbər verir  ki, bu haqda Dövlət Statistika Komitəsindən bildirilib. Məlumatda qeyd edilib ki, yüklərin 15 milyon 932,1 min tonu və ya 62,1 faizi avtomobil nəqliyyatı, 6 milyon 84,9 min tonu və ya 23,7 faizi dəmir yolu nəqliyyatı, 3 milyon 658,5 min tonu və ya 14,2 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 19,3 faizini və ya 4 milyon 947,2 min tonunu tranzit yüklər təşkil edib.