“Qarabağ” Avropada ən az qol buraxan komandaların sıralamasında ilk “10-luğ”a düşüb.
YeniAvropa xəbər verir ki, Azərbaycan çempionu cari mövsüm milli çempionatların geridə qalan hissəsində ən yaxşı müdafiə olunan 9-cu klubdur.
Siyahı komandaların orta hesabla neçə dəqiqədən bir top buraxmalarına əsasən hazırlanıb. Qurban Qurbanovun yetirmələri Premyer Liqanın ilk yarısında qapısında cəmi 8 qol görüb. Bu o deməkdir ki, ağdamlılar 202 dəqiqədən bir rəqiblərə qol sevinci yaşamaq imkanı verir.
Cədvələ 3 komanda başçılıq edir. İspaniya “Barselona”sı, həmçinin, Yunanıstan klubları “Panatinaikos”la AEK eyni göstəriciyə imza atıblar. Adıçəkilən komandaların hər biri ilk 14 matçda cəmi 5 dəfə mərkəzə dəvət olunublar.
1-3. “Barselona” (İspaniya) – 14 oyun / 5 qol - 252 dəqiqədən bir 1 qol
1-3. “Panatinaikos” (Yunanıstan) - 14 / 5 - 252
1-3. AEK (Yunanıstan) - 14 / 5 - 252
4. “Srvena Zvezda” (Serbiya) – 19 / 7 - 244
5-6. APOEL (Kipr) – 16 / 6 - 240
5-6. TNS (Uels) – 16 / 6 - 240
7. “Makkabi” (Təl-Əviv, İsrail) – 15 / 6 - 225
8. “Zenit” (Rusiya) – 17 / 7 - 218
9. “Qarabağ” (Azərbaycan) – 18 / 8 - 202
10. “Yuventus” (İtaliya) – 15 / 7 - 193