logo

Avqustun 11-də ilin sonuncu Günəş tutulması baş verəcək

15:59 07-08-2018 | icon 2457
Avqustun 11-də ilin sonuncu Günəş tutulması baş verəcək

Cari ilin sonuncu Günəş tutulması hadisəsi avqustun 11-də baş verəcək. Bu təbiət hadisəsi (qismən tutulma) Bakı vaxtı ilə saat 12.02-də başlanacaq, saat 13.46-da maksimum səviyyədə olacaq, saat 15.30-da başa çatacaq.

YeniAvropa xəbər verir  ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Qeyd edilib ki? ilin sonuncu Günəş tutulması Rusiyanın şimal-şərqini, Şimali Amerika, Skandinaviya və Çini əhatə edəcək.