logo

Sinoptiklərdən xəbərdarlıq: temperaturu enəcək, leysan yağacaq, dolu düşəcək

15:31 07-08-2018 | icon 2401
Sinoptiklərdən xəbərdarlıq: temperaturu enəcək, leysan yağacaq, dolu düşəcək

Sinoptiklər ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya bildirilib ki, Bakıda və Abşeron yarımadasında avqustun 9-u gündüzdən 11-i axşamadək şimal-qərb küləyinin əsəcəyi, arabir sürətlənəcəyi proqnozlaşdırılır. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° enəcək.

Avqustun 8-i axşam şimal və qərb rayonlarından başlayaraq avqustun 12-dək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarında qısamüddətli daşqın və sel olacağı bildirilir.