YeniAvropa-nın məlumatına görə, Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının oğurluq etdiyinə görə tutulan Orxan Əhmədovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun rayon sakinləri – Rizvan Ağayev, Elməddin Zülfüqarov və Xəyal Rüstəmovla birgə Əhmədli kəndi ərazisində kənd bələdiyyəsinin inzibati binasında quraşdırılmış bankomatdan 51 min manta pul oğurladıqları müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir. (APA)