Qış idman növləri üzrə Qəbələ, Qusar və Naxçıvanda daha çox turizmyönümlü komplekslər var. Bunlar daha çox əyləncə, turizm üçün nəzərdə tutulub. Amma orada məşqlər etmək olar. Biz federasiya ilə artıq danışmışıq, bu işlərə başlayıblar. İlkin addımlar görülür. Orada təlim-məşq toplanışları üçün şərait yaradılacaq.
YeniAvropa xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanda qış idman növlərinin inkişafı üçün ölkəmizdəki iqlim və təbiət baxımından imkanlardan danışarkən deyib.
"Mən də bu il ilk dəfə Qış Olimpiya Oyunlarında iştirak etdim. İstərdim ki, qış idman növləri bizdə də inkişaf etsin. Artıq danışıqlar gedir və istərdik ki, yeni ilin ilk aylarında Bakıda qapalı buz meydançası tam hazır olsun və istifadəyə verilsin", - deyə nazir bildirib.