logo

Dünya çempionatının simvolik komandası tərtib edilib

09:09 20-12-2022 | icon 4018
Dünya çempionatının simvolik komandası tərtib edilib

“WhoScored” internet portalı 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının simvolik komandasını tərtib edib.

 YeniAvropa xəbər verir ki, Argentina yığmasının hücumçusu Lionel Messi və Portuqaliya yığmasının yarımmüdafiəçisi Brunu Fernandeşin 10 ballıq sistemlə ən yüksək qiyməti alıblar - 8,2 bal.

İkinci ən yüksək qiymət (8,0) fransalı Kilian Mbappeyə məxsusdur.

“DÇ-2022”nin simvolik komandasının tam heyəti belədir:

Qapıçı: Voyçex Şensnı (Polşa, 7,9 xal)

Müdafiəçilər: Teo Hernandes (Fransa, 7,2), Rodri (İspaniya, 7,4), Harri Maquayr (İngiltərə, 7,4), Aşraf Hakimi (Mərakeş, 7,0)

Yarımmüdafiəçilər: Kazemiro (Braziliya, 7,5), Brunu Fernandeş (Portuqaliya, 8,2), Jud Bellinqem (İngiltərə, 7,6)

Hücumçular: Antuan Qrizmann (Fransa, 7,5), Lionel Messi (Argentina, 8,2), Kilian Mbappe (Fransa, 8,0).