logo

İndoneziyadakı zəlzələdə ölənlər arasında Azərbaycan vətəndaşı yoxdur

22:53 06-08-2018 | icon 2408
İndoneziyadakı zəlzələdə ölənlər arasında Azərbaycan vətəndaşı yoxdur

İndoneziyadakı Lombok adasında baş vermiş zəlzələzəlzələdə ölən və yaralananlar arasında azərbaycanlılar  yoxdur.  YeniAvropa xəbər verir  ki,  bu haqda Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.  Onun sözlərinə görə, İndoneziyadakı zəlzələdə xəsarət alan və ölənlər arasında Azərbaycan vətəndaşı yoxdur.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin(XİN) rəsmi "Twitter" səhifəsində Lombok adasında baş vermiş zəlzələ ilə əlaqədar İndoneziya xalqına başsağlığı verilib.

Başsağlığında deyilir: "Lombok adasında baş verən zəlzələ xəbəri bizi dərindən kədərləndirdi. Biz həlak olanların ailələrinə və bütün İndoneziya xalqına dərin hüznlə başsağlığı veririk və yaralıların tezliklə sağalmasını arzulayırıq".