Qətərdə keçirilən dünya çempionatının ən sərrast futbolçusu müəyyənləşib.
YeniAvropa xəbər verir ki, bu ada Fransa millisinin hücumçusu Kilian Mbappe sahib olub. Argentina ilə final matçında (3:3) het-trik edən 24 yaşlı hücumçu mundialı 8 qolla başa vurub.
Qeyd edək ki, həlledici qarşılaşmanın penaltilər seriyasında Fransaya qalib gələn Argentina millisi (4:2) üçqat dünya çempionu olub.