logo

"DÇ-2022" : Messi ən yaxşı futbolçu seçilib

22:22 18-12-2022 | icon 3885
"DÇ-2022" : Messi ən yaxşı futbolçu seçilib

Argentina millisinin kapitanı Lionel Messi Qətərdə keçirilən dünya çempionatının ən yaxşı futbolçusu seçilib. O, “Qızıl top” mükafatını alıb.

YeniAvropa xəbər verir ki, dünya çempionatında Messi 8 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qətər mundialında Argentina millisi qrup mərhələsində Polşa, Meksika və Səudiyyə Ərəbistanını qabaqlamağı bacarıb. Pley-off mərhələsində Argentina komandası Avstraliya, Niderland və Xorvatiya seçmələrini məğlub edib. Finalda isə Fransa yığmasını məğlub edən Argentina dünya çempionu adını qazanıb.