logo

"Qətər-2022":Argentina millisi dünya çempionu oldu

21:55 18-12-2022 | icon 7196
"Qətər-2022":Argentina millisi dünya çempionu oldu

Futbol üzrə Argentina millisi dünya çempionu olub.

YeniAvropa xəbər verir ki, Qətərdə keçirilən futbol üzrə dünya çempionatının final oyunu – Argentina-Fransa matçının əsas vaxtı 2:2 hesabı ilə başa çatıb.

Matçın qalibini, eyni zamanda, dünya çempionunu müəyyən etmək üçün əlavə vaxt oynanılıb. Əlavə vaxtda tərəflər bir dəfə fərqləniblər – 3:3. Qolları matçın 109-cu dəqiqəsində argentinalı Lionel Messi, 118-ci dəqiqəsində Fransa millisinin üzvü Kilyan Mbappe vurublar. Qalib penalti seriyasında müəyyənləşib. Zərbələri dəqiq yerinə yetirən Argentina millisi dünya çempionatının qalibi adını qazanıb.

Qeyd edək ki, oyunda hesabı Lionel Messi açıb. O, matçın 23-cü dəqiqəsində Fransanın qapısına təyin olunan penaltini dəqiq yerinı yetirib. Matçın 36-cı dəqiqəsində isə Lionel Messinin ötürməsindən sonra Anxel Di Mariya Argentinanın ikinci qolunu vurub - 2:0. İlk hissə bu hesabla başa çatıb.

Matçın ikinci hissəsinə fransızlar fəal başlayıblar. Fransa yığması matçın sonlarına doğru hesabı bərabərləşdirməyi bacarıb. Kilyan Mbappe matçın 80-ci dəqiqəsində rəqibin qapısına təyin olunmuş penaltini dəqiq yerinə yetirib – 2:1. Bu qoldan bir dəqiqə sonra səhnəyə yenidən Kilyan Mbappe çıxıb. Bu dəfə Markus Türamın ötürməsini dəqiq tamamlayan Fransa yığmasının ulduzu hesabı bərabərləşdirib. – 2:2.