logo

Yeni Bakı Limanında sərnişin terminalının tikintisi üçün 10,2 milyon manat ayrılıb

20:03 06-08-2018 | icon 2674
Yeni Bakı Limanında sərnişin terminalının tikintisi üçün 10,2 milyon manat ayrılıb

Prezident İlham Əliyev avqustun 6-da “Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və liman ərazisində sərnişin terminalının tikintisi haqqında” Sərəncam imzalayıb.

YeniAvropa xəbər verir  ki, sərəncama əsasən, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və liman ərazisində sərnişin terminalının tikintisi işlərinin davam etdirilməsi məqsədilə İqtisadiyyat Nazirliyinə 10,2 milyon manat ayrılıb.