logo

Moldova klubu azərbaycanlı məşqçi ilə yollarını ayırıb

18:18 15-12-2022 | icon 3689
Moldova klubu azərbaycanlı məşqçi ilə yollarını ayırıb

Moldovanın “Dinamo-Avto” futbol klubu azərbaycanlı məşqçi Novruz Əzimovla yollarını ayırıb.

YeniAvropa xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Mütəxəssis bu ilin sentyabrında “Dinamo-Avto”nun baş məşqçisi təyin edilmişdi. Sözügedən komanda Moldova Super Liqasında mövsümün əsas hissəsini sonuncu pillədə başa vurub.