İspaniya yığması antirekorda imza atıb.
YeniAvropa xəbər verir ki, milli Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında Mərakeş ilə pley-off matçında penalti seriyasında vurduğu 4 zərbəni boşa verməklə tarixə düşüb. Yığma penalti seriyasında qol vura bilməyən ikinci komanda olub.
İlk dəfə belə antirekorda İsveçrə yığması imza atıb. Komanda 2006-cı ildə Ukrayna ilə matçda eyni uğursuzluğu yaşayıb.
Mərakeşə - İspaniya matçının əsas vaxtında hesab açılmayıb. Penalti seriyasında 3:0 hesabı ilə qalib gələn Mərakeş seçməsi dörddəbir finala yüksəlib. Mərakeş yığması dörddəbir finalda Portuqaliya ilə qarşılaşacaq. Qarşılaşma dekabrın 10-da Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.