logo

Braziliyaya uduzan Cənubi Koreya millisinin baş məşqçisi istefa verib

09:43 06-12-2022 | icon 3717
Braziliyaya uduzan Cənubi Koreya millisinin baş məşqçisi istefa verib

Cənubi Koreya millisinin  53 yaşlı portuqalıyalı baş məşqçisi Paulo Bento istefa verdiyini açıqlayıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki,baş məşqçi bu barədə Qətərdə keçirilən dünya çempionatının 1/8 finalında Braziliya millisinə məğlubiyyətdən (1:4) sonra qərara gəlib.

“Gələcək haqqında düşünməliyik və bu, Koreya millisinin oyunçuları ilə bağlı olmayacaq. Mən bunu futbolçulara və Cənubi Koreya Federasiyasının prezidentinə bildirdim. Bu qərar hələ sentyabr ayında qəbul edilib. Oyunçulara etdiklərinə görə təşəkkür etməliyəm. Onlar bütün güclərini qoydular və mən onların məşqçisi olduğum üçün şadam və fəxr edirəm”, - deyə P.Bento bildirib.

Qeyd edək ki, Paulo Bento 2018-ci ildən Koreya millisinə rəhbərlik edir.