Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov yenidən Avropa Gimnastika Birliyinin prezidenti postunda qalıb.
YeniAvropa Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, Portuqaliyada keçirilən 29-cu konqresdə F.Qayıbov səs çoxluğu ilə yenidən qurumun prezidenti seçilib.
Qeyd edək ki, F.Qayıbov Avropa Gimnastika Birliyinə 2017-ci ildən rəhbərlik edir.