Polşa millisinin futbolçusu Robert Levandovski dünya çempionatlarının tarixinə düşüb.
YeniAvropa xəbər verir ki, 34 yaşlı hücumçu mundiallarda 2600-cü qolun müəllifi olub.
Otuz dörd yaşlı hücumçu buna Qətərdə keçirilən yarışın ikinci turunda Səudiyyə Ərəbistanı yığması ilə matçda (2:0) fərqlənməklə nail olub.
“Qətər-2022”dək turnirlərdə 2 548 qol qeydə alınıb. Levandovskinin Asiya təmsilçisi ilə matçdakı dəqiq zərbəsi hazırkı çempionatın 52-ci, forvardın turnir tarixində ilk qoludur.