2023-cü ildə Çində keçirilməsi nəzərdə "Formula 1" yarışı ləğv olunub.
YeniAvropa xəbər verir ki, buna ölkədə koronavirusla bağlı çətinliklərin davam etməsi səbəb olub. Bu barədə Formula 1-in mətbuat xidməti məlumat yayıb.
Çin Qran-Prisinin gələn il aprelin 14-dən 16-dək keçirilməsi planlaşdırılırdı.
Qeyd edək ki, son bir ayda Çində gündəlik koronavirusa yoluxma 40-min nəfəri ötür.