logo

Bakıda “Vugar Gashimov Memorial-2022” superturniri keçiriləcək

12:12 30-11-2022 | icon 3241
Bakıda “Vugar Gashimov Memorial-2022” superturniri keçiriləcək

Dekabrın 17-dən 24-dək Bakıda görkəmli şahmatçı, Avropa çempionu, beynəlxalq qrosmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Vugar Gashimov Memorial-2022” superturniri  keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə turnirin mətbuat xidmətindən bildirilib.

On şahmatçının iştirakı ilə keçiriləcək turnir rapid və blits üzrə təşkil olunacaq.

Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə “Fairmont Baku” hotelində baş tutacaq.

Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib.