Qadın voleybolçulardan ibarət "Azərreyl" klubu Avropa Voleybol Konfederasiyasının(CEV) ən sonuncu-nisbətən zəif komandalar üçün nəzərdə tutlan "Çağırış Kuboku"nda mübarizəyə başlayır.
YeniAvropa xəbər verir ki, dəmiryolçular Avropa kubokunda hər iki oyunu Bakıda keçirəcəklər.
Bu gün 1/32 finalın ilk oyununda bakılılar Slovakiya təmsilçisi "Slaviya" ilə üz-üzə gələcək.
Dərnəgül Voleybol Mərkəzindəki qarşılaşma saat 18:00-da start götürəcək.
Cavab görüşü noyabrın 30-da eyni arenada gerçəkləşəcək.