Qətərdə keçirilən futbol üzrə dünya çempionatında bu gün qrup mərhələsinin ikinci turuna start verilib.
YeniAvropa xəbər verir ki, günün ilk matçı B qrupunda Uels və İran yığmaları arasında keçirilib. “Əhməd Bin Əli” stadionunda oynanılan matçda İran 2:0 hesablı qələbə qazanıb. Uelsin qapıçısı Ueyn Hennessi 86-cı dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.
Qvatemalalı baş hakim Mario Eskobarın idarə edəcək qarşılaşmada qolları Ruzbe Çeşmi və Ramin Rezayan vurublar.
Ardınca A qrupunda Qətər - Seneqal və Niderland - Ekvador oyunları keçiriləcək. Matçlar müvafiq olaraq saat 17:00-da və 20:00-da başlayacaq.