logo

Azərbaycan Beynəlxalq Bankına yeni baş direktor təyin olunub

11:29 04-08-2018 | icon 2667
Azərbaycan Beynəlxalq Bankına yeni baş direktor təyin olunub

Azərbaycan Beynəlxalq Bankında yeni təyinat olub. Nərgizxanım Aqşin qızı Biləndərli bankın Korporativ biznes üzrə baş direktoru vəzifəsinə təyin edilib.

YeniAvropa xəbər verir  ki, bu barədə Bankın yaydığı məlumatda bildirilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinin məzunu olan Nərgizxanım Biləndərli bank sektorunda 1995-ci ildən fəaliyyət göstərir. Bu müddətdə Azərbaycan Beynəlxalq Bankında, Bank of Baku-da, Bank Standard-da müxtəlif vəzifələrdə, o cümlədən Müştəri xidməti departamentinin direktoru və İdarə Heyəti sədrinin müavini vəzifələrində işləyib. Son təyinata qədər isə Bank VTB (Azərbaycan)-da çalışıb.