logo

İlham Əliyev Meliorasiya və Su Təsərrüfatı ASC-yə 11,3 milyon manat ayırdı

18:57 03-08-2018 | icon 2674
İlham Əliyev Meliorasiya və Su Təsərrüfatı ASC-yə 11,3 milyon manat ayırdı

Prezident İlham Əliyev avqustun 3-də “Sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri haqqında” Sərəncam imzalayıb.

YeniAvropa xəbər verir  ki, sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 11 milyon 352 min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.