logo

Dünya çempionatının açılış matçını stadiondan 67 mindən artıq tamaşaçı izləyib

18:33 21-11-2022 | icon 2303
Dünya çempionatının açılış matçını stadiondan 67 mindən artıq tamaşaçı izləyib

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının açılış matçını - Qətər - Ekvador oyununu stadiondan 67 min 372 tamaşaçı izləyib.

YeniAvropa xəbər verir ki, bu, rəsmi protokollarda qeydə alınan və stadionda diktor tərəfindən açıqlanan azarkeşlərin sayıdır. Maraqlıdır ki, dünya çempionatının açılış matçının keçirildiyi "Əl-Beyt" arenasının tamaşaçı tutumu 60 min nəfərlikdir. Daha 7,4 min nəfərin necə yerləşdirildiyi isə məlum deyil.

Xatırladaq ki, noyabrın 20-də dünya çempionatının açılış matçı keçirilib. Ev sahibi Qətər bu oyunda Ekvadora 0:2 hesabı ilə uduzub. Mundial dekabrın 18-dək davam edəcək.