logo

Azərbaycan gələn il dünya çempionatına ev sahibliyi edəcək

17:35 21-11-2022 | icon 2289
Azərbaycan gələn il dünya çempionatına ev sahibliyi edəcək

Meksikanın Qvadalaxara şəhərində taekvondo üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib.

YeniAvropa xəbər verir ki,tədbirin sonunda mundialın keçici bayrağı növbəti dünya çempionatına ev sahibliyi edəcək Azərbaycan nümayəndəsinə təqdim edilib.

Keçici bayrağı Meksika Taekvondo Federasiyasının rəsmisi Azərbaycan Taekvondo Federasiyasının(ATF) vitse-prezidenti Nağı Səfərova verib.

Mərasimdə ATF-nin vitse-prezidenti Niyaməddin Paşayev də iştirak edib.

2023-cü il mayın 29-dan iyunun 4-dək Bakıdakı təşkil olunacaq dünya çempionatı Ümumdünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən yubiley ölkəmizdə qeyd olunacaq.

Qeyd edək ki, Qvadalaxarada taekvondoçumuz Cavad Ağayev (68 kq) bürünc medal qazanıb. Yarışda ədalət təmsilçiləri sırasında isə beynəlxalq tərəcəli hakimimiz Aygül Abdullayeva da yer alıb.