logo

Qətərdə futbol üzrə XXII dünya çempionatına start götürüb

20:06 20-11-2022 | icon 1834
Qətərdə futbol üzrə XXII dünya çempionatına start götürüb

Noyabrın 20-də Qətərin Əl-Xor şəhərindəki “Əl Bayt” stadionunda futbol üzrə XXII dünya çempionatına start verilib.

YeniAvropa xəbər verir ki, çempionatın ilk oyununda meydan sahibi Qətər yığması ilə Ekvador millisi qarşılaşır.

Matçı italiyalı referi Daniele Orsato idarə edir.

Turnir ilk dəfə Yaxın Şərqdə keçirilir. Qətər yarışa ev sahibliyi edən 18-ci ölkə kimi tarixə düşüb. Bu, həm də 32 komandanın iştirakı ilə baş tutan sonuncu çempionat olacaq. 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə təşkil edəcəyi mundialda isə 48 yığma mübarizə aparacaq.

Qətərin ev sahibliyi etdiyi mundial 29 gün davam edəcək. 31 ən güclü komanda və meydan sahiblərinin iştirakı ilə qalib olunacaq. Qeyd edək ki, Qətər dünya çempionatına ilk dəfədir ki, ev sahibliyi edir.

Mundialda ümumilikdə 64 qarşılaşma keçiriləcək. 32 komanda hərəsində 4 yığma olmaqla 8 qrupda mübarizə aparacaq.

Çempionluq uğrunda mübarizədə əvvəllər qalib olmuş 8 komandadan 7-si iştirak edəcək. Braziliya, Almaniya, Argentina, Uruqvay, Fransa, İngiltərə və İspaniya yenə titul qazanmaq arzusundadır. Elə mundialın əsas favoritləri də onlardır. Uruqvay istisna olmaqla, digərləri qızıl medala namizədlər hesab olunur.