logo

Ukraynada Rusiyanın qırıcısı vurulub, pilot ölüb

14:44 19-11-2022 | icon 1813
Ukraynada Rusiyanın qırıcısı vurulub, pilot ölüb

Ukraynanın Donetsk vilayətinin Baxmut şəhəri yaxınlığında Rusiya Silahlı Qüvvələrinə məxsus “Su35-S” qırıcı vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə məlumatı Ukrayna KİV-ləri yayıb.

Bildirilib ki, Rusiyanın döyüş təyyarəsi Norveçin “Nasams” hava hücumundan müdafiə kopmleksi ilə vurulub.

Məlumata görə, katapult edən pilot da ölüb.

Qeyd edək ki, “Su-35-S” Rusiyanın yeni nəsil qırıcılarından sayılır.