2018-ci ilin birinci yarısında Azərbaycan və Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 125 milyon dollara yaxın olub.
YeniAvropa xəbər verir ki, bu barədə Belarus Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, hesabat dövründə Azərbaycana Belarusdan idxalın həcmi 115 milyon 183 min 95 ABŞ dolları, Azərbaycandan Belarusa ixracın həcmi isə 9 milyon 615 min ABŞ dollarını ötüb.
Qeyd edək ki, 2017-ci ildə Belarus və Azərbaycan arasında əmtəə dövriyyəsi 160,7 milyon dollar təşkil edib.