Bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında iştirak edək milli komandaların baş məşqçilərinin çoxu yerli mütəxəssislərdir.
YeniAvropa xəbər verir ki, Argentina, Portuqaliya və İspaniyadan olan mütəxəssislər 3 fərqli komandanın sükanı arxasındadırlar.
İngiltərə və fransalı mütəxəssislər isə hərəsi 2 milli komandanı meydana çıxaracaq.
Baş məşqçilərin tam siyahısı aşağakı kimidir:
Argentina - Qustavo Alfaro (Ekvador), Cerardo Martino (Meksika), Lionel Skaloni (Argentina)
Portuqaliya - Paulo Bento (Cənubi Koreya), Karluş Keyroş (İran), Fernandu Santuş (Portuqaliya)
İspaniya - Roberto Martines (Belçika), Feliks Sançes (Qətər), Luis Enrike (İspaniya)
İngiltərə - Con Herdman (Kanada), Qaret Sautgeyt (İngiltərə)
Fransa - Herve Renard (Səudiyyə Ərəbistanı), Didye Deşam (Fransa)
Avstraliya - Qraham Arnold (Avstraliya)
Braziliya - Tite (Braziliya)
Kamerun - Riqobert Sonq (Kamerun)
Xorvatiya - Zlatko Daliç (Xorvatiya)
Kolumbiya - Luis Fernando Suarez (Kosta-Rika)
Danimarka - Kasper Yulmann (Danimarka)
Almaniya - Hans-Diter Flik (Almaniya)
Qana - Otto Oddo (Qana)
Yaponiya - Moriyasu Hadzime (Yaponiya)
Mərakeş - Valid Reqraqi (Mərakeş)
Niderland - Lui Van Qal (Niderland)
Polşa - Çeslav Mixneviç (Polşa)
Seneqal - Aliu Sisse (Seneqal)
Serbiya - Draqan Stoykoviç (Serbiya)
İsveçrə - Murat Yakın (İsveçrə)
Tunis - Jalel Kadri (Tunis)
ABŞ - Qreqq Berhalter (ABŞ)
Uruqvay - Dieqo Alonso (Uruqvay)
Uels - Rob Peyc (Uels)
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.