Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə "Bakı-Dairəvi 1" avtomobil yolunun 0-10-cu kilometrində, yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır. Təmir işləri bu gün axşamadək aparılacaq.
Bu barədə YeniAvropa-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən açıqlama verilib.
Bundan başqa, avqustun 2-də saat 22:00-da Yasamal rayonu, Parlament prospektində və Bakı-Sumqayıt yolu, Xırdalan tunelində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri görüləcək. İşlər səhər saatlarına qədər yekunlaşdırılacaq.
Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.