logo

Paris-2024 Yay Olimpiya və Paralimpiya oyunlarının maskotu təqdim olunub

16:58 14-11-2022 | icon 2002
Paris-2024 Yay Olimpiya və Paralimpiya oyunlarının maskotu təqdim olunub

2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarının maskotu təqdim olunub.

YeniAvropa "Paris-2024.org" saytına istinadən xəbər verir ki, hər iki yarışın maskotu Frigiya papaqlarıdır.

Bu, Şərqi Avropa və Kiçik Asiyada yaşayan müxtəlif xalqların tarixi keçmişi ilə simvolizə olunan, ucu qabağa doğru əyilmiş konusşəkilli papaqdır. Müasir Avropada azadlıq və müstəqilliyə işarədir. Fransanın milli simvolunda da bu papağı görmək olar.

"Paris-2024" brendinin direktoru Jüli Matixinin sözlərinə görə, Frigiya papaqlarının seçilməsində məqsəd idmanın hər şeyi dəyişdirə biləcəyini və onun cəmiyyətdə görkəmli yer tutmağa layiq olduğunu göstərməkdir.

Qeyd edək ki, Parisdə olimpiada iyulun 26-dan avsqustun 11-dək, paralimpiada isə avqustun 28-dən sentyabrın 8-dək təşkil ediləcək.