logo

Daha bir boksçumuz erməni idmançı ilə döyüşmədən qalib elan olunub

17:57 11-11-2022 | icon 2597
Daha bir boksçumuz erməni idmançı ilə döyüşmədən qalib elan olunub

Polşanın Keltse şəhərində keçirilən beynəlxalq turnirdə növbəti dəfə Azərbaycan və Ermənistan boksçularının döyüşü baş tutmayacaq.

 YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından bidirilib. Qeyd edilib ki, buna ermənilərinin yarışı yarımçıq tərk etməsi səbəb olub. Belə ki, 51 kiloqram çəki dərəcəsində dörddəbir final çərçivəsində Armen Quşçiyan (Ermənistan) Məsud Yusifzadə (51 kq) ilə döyüşdən imtina etmişdisə, bu dəfə Ermənistan yığması turnirdən ayrılıb. Bu da o deməkdir ki, Malik Həsənov (63,5 kq) yarımfinalda Hamlet Minatsakanyanla (Ermənistan) döyüşmədən həlledici görüşə vəsiqə qazanıb. Onun finaldakı rəqibi Frank Roman Samuel (Rumıniya) – Frank Kleri (İrlandiya) cütünün qalibi olacaq.

Qarşılaşma noyabrın 13-də keçiriləcək.