logo

6 ayda “Şahdəniz”dən 5 milyard kubmetr təbii qaz çıxarılıb

20:28 01-08-2018 | icon 2716
6 ayda “Şahdəniz”dən 5 milyard kubmetr təbii qaz çıxarılıb

lin birinci yarısında “Şahdəniz” yatağından 5 milyard kubmetr təbii qaz və 1,1 milyon ton (təqribən 9 milyon barel) kondensat hasil edilib.

YeniAvropa xəbər verir  ki, bu barədə “BP Azerbaijan” şirkətindən məlumat verilib. Bildirilib ki, mövcud “Şahdəniz” qurğularının maksimum hasilat gücü hazırda gündəlik 32 milyon standart kubmetr və ya ildə təqribən 10,9 milyard kubmetrdir.

“Şahdəniz” yatağı Azərbaycan (SOCAR-a), Gürcüstan (“GOGC” şirkətinə) və Türkiyə (“Botaş” şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə etibarlı şəkildə qaz çatdırılmasına davam edib.

Yanvar-iyun aylarında “Şahdəniz” üzrə fəaliyyətlərə təqribən 250 milyon dollar əməliyyat və 798 milyon dollar isə əsaslı xərclər sərf olunub. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aiddir.

“Şahdəniz”də iştirak payları belədir: BP (operator – 28,8 faiz), AzŞD (10 faiz), “SGC Upstream” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz), “NICO” (10 faiz) və “TPAO” (19 faiz).