logo

Bakıda tikinti obyektlərinə icazəni Dövlət Şəhərsalma və Arxitektura Komitəsi verəcək

18:47 01-08-2018 | icon 2919
Bakıda tikinti obyektlərinə icazəni Dövlət Şəhərsalma və Arxitektura Komitəsi verəcək

Prezident İlham Əliyev avqustun 1-də şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb. 

YeniAvropa xəbər verir  ki, fərmanla Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilib. Bundan əlavə,  Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirəcək.