logo

Problemli kreditlərin həcmi 1,7 milyard manatı  ötüb

17:31 01-08-2018 | icon 2786
Problemli kreditlərin həcmi 1,7 milyard manatı  ötüb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il iyulun 1-nə 1 745,7 mln. manat təşkil edib.

YeniAvropa xəbər verir  ki, bu haqda  Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumatda qeyd edilib ki,  bu göstərici , iyunun 1-i ilə müqayisədə 2 % çoxdur.

İlin əvvəlinə nisbətən problemli kreditlər 7,3% artıb, ötən il iyulun 1-nə nisbətən isə 3,6% azalıb. 

İyunun sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 14,4% təşkil edib. Bu nisbət mayın sonuna 14,3% təşkil edib. (Report)