Azərbaycan paracüdoçusu İlham Zəkiyev Bakıda keçirilən dünya çempionatında final görüşünə çıxıb.
YeniAvropa xəbər verir ki, +90 kq çəki dərəcəsində çıxış edən 42 yaşlı idmançımız finalda braziliyalı rəqibi A.Villiyam ilə qarşılaşıb.
Dünya və 8 qat Avropa, 2 qat paralimpiya çempionu olan İlham Zəkiyev həlledici görüşdə Braziliya təmsilçisinə məğlub olaraq gümüş medala sahib olub.
Bununla millimizin Dünya Çempionatında qazandığı medalların sayı 4-ə çatıb (1 gümüş, 3 bürünc).