Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.
YeniAvropa xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Püşkdə qrup mərhələsini ilk iki pillədə başa vuran komandalar iştirak edəcəklər. Qrup birinciləri səpələnmişlər, ikinci yerin sahibləri isə səpələnməmişlər səbətində yer alacaqlar.
Bu mərhələdə eyni ölkə təmsilçiləri və eyni qrupdan çıxan komandalar rəqib ola bilməyəcəklər. Səpələnmişlər səbətində yer alan kollektivlər cavab oyununu evdə keçirəcəklər.
UEFA Çempionlar Liqası
1/8 final
Səpələnmişlər: "Real Madrid" (İspaniya), "Bavariya" (Almaniya), "Benfika", "Portu" (Portuqaliya), "Çelsi", "Mançester Siti", "Tottenhem" (hamısı İngiltərə), "Napoli" (İtaliya)
Səpələnməmişlər: "Brügge" (Belçika), "Borussiya" (Dortmund), "Ayntraxt", "Leyptsiq" (hamısı Almaniya), "İnter", "Milan" (hər ikisi İtaliya), "Liverpul" (İngiltərə), PSJ (Fransa)
Qeyd edək ki, 1/8 finalın ilk oyunları 14-15 və 21-22 fevralda, cavab matçları isə 7-8 və 14-15 martda olacaq.