logo

Cüdo yığmamız Bakı “Böyük dəbilqə”sinin qalibi olub

19:59 06-11-2022 | icon 5754
Cüdo yığmamız Bakı “Böyük dəbilqə”sinin qalibi olub

Cüdo üzrə Azərbaycan komandası “Böyük dəbilqə” turnirində böyük uğurla çıxış edərək ümumi hesabda qalib adını qazanıb.

YeniAvropa xəbər verir ki, Bakıda keçirilən yarışda 4 qızıl, 2 bürünc medal qazanan cüdo yığmamız bu nəticə ilə ən yaxın izləyicilərini xeyli üstələyərək birinci yeri tutub.

Hərəyə 1 qızıl, 2 gümüş, 1 bürünc medal qazanan Niderland və Serbiya komandaları ikinci və üçüncü pillələrdə qərarlaşıblar.

Komandamızın aktivinə qızıl medalları Balabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq) və Zelim Kotsoyev (100 kq) yazdırıblar.

Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) isə bürünc medala sahib olublar.