logo

Bakı “Böyük Dəbilqə”si: 2 cüdoçumuz finala yüksəlib

16:36 05-11-2022 | icon 2618
Bakı “Böyük Dəbilqə”si: 2 cüdoçumuz finala yüksəlib

Azərbaycanın iki cüdoçusu Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində finala yüksəlib.

YeniAvropa xəbər verir ki, əvvəlcə 81 kiloqram çəki dərəcəsində çıxış edən Səid Mollayi yarımfinalda macarıstanlı Attila Unqvariyə qalib gəlib. O, qızıl medal uğrunda görüşdə belçikalı Mattias Kasse ilə görüşəcək. Yetmiş üç kiloqram çəki dərəcəsində yarışan Hidayət Heydərov ispaniyalı Salvador Rokaya qalib gələrək finalda kanadalı Artur Margelidona rəqib olub.

Qadınların yarışında Aytac Qardaşxanlı (63 kq) təsəlliverici görüşdə sloveniyalı Andreya Leskiyə uduzub.

Qeyd edək ki, turnir noyabrın 6-da başa çatacaq. “Böyük Dəbilqə” turnirinin ilk günündə Balabəy Ağayev (60 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) bürünc medal qazanıb.