Cüdoçularımız Bakı "Böyük Dəbilqə"sinin ilk yarış günündə 3 medal qazanıblar.
YeniAvropa xəbər verir ki, 66 kq çəki dərəcəsində yarışan Orxan Səfərov 3-cü yer uğrunda görüşdə serbiyalı Straxinya Bunçiçə qalib gəlib.
Daha əvvəl 60 kq çəki dərəcəsində 1-ci yer uğrunda qarşılaşmada Balabəy Ağayev ukraynalı Dilşot Kalmatova qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
60 kq çəki dərəcəsində yer alan digər idmançımız Kəramət Hüseynov isə 3-cü yer uğrunda qarşılaşmada ispaniyalı Fransisko Qarriqos ilə görüşüb.
Rəqibinə ipponla qalib gələn K.Hüseynov fəxri kürsünün 3-cü pilləsinə qalxıb.